Biləsuvarda avtomobil kollektora aşıb, ölən var

A- A A+

Biləsuvarda yol qəzası baş verib.

NUHÇIXAN-ın məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.

İlkin məlumata görə, sürücüsü 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.

Faktla bağlı araşdırma başlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: