Bakıda məhkumun gizlətdiyi tapança aşkarlanıb

A- A A+

Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.

Bu barədə NUHÇIXAN-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə və Daxili İşlər nazirliklərinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında, dəmir yol xəttinin yaxınlığında gizlədilən "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: