Teatr sərhəd rayonunda tamaşa göstərib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Mayın 3-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Əyyub Abbasovun “Keçinin qisası” tamaşasını  Sədərək Rayon Mədəniyyət Sarayında uşaq və məktəblilərə təqdim edib.

Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşada  teatrın təcrübəli aktyorları rol alıblar. Vəsmə Quliyevanın, Ulduz Süleymanovanın, Əfqanə Ələsgərovanın, Arzu Səfərovun, İlham Babayevin, Süleyman Süleymanovun, İlqar Babayevin canlandırdığı nağılı qəhrəmanları uşaqlar və məktəblilər tərəfindən maraqla qarşılanıb. “Keçinin qisası” tamaşasının quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: