Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsi tərəfindən Sədərək kəndində sosial sığorta şəhadətnaməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir olub.
Sədərək rayon İcra Hakimiyyətinin şöbə müdiri Səfər Hüseynov tədbirin əhəmiyyəti barədə geniş məlumat verib.
Fondun Sədərək rayon şöbəsinin müdiri Nəsimi Rzayev bildirib ki, rayonda 2019-cu ilin ötən dövrü ərzində şöbə tərəfindən 20 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 17 sığortaolunan dövlət müəssisə və təşkilatlarında çalışanlar, 3 sığortaolunan isə fiziki şəxslər olub.
Fondun Sədərək rayon şöbəsi tərəfindən yeni əmək fəaliyyətinə başlayan sığortaolunlara sosial sığorta şəhadətnaməsi təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.