Xidmət rəisi: Birtərəfli qaydada vizasız rejim tətbiq edilən dövlətlərin siyahısının genişləndirilməsi mümkündür
Bu gün 17 dövlətin vətəndaşları Azərbaycana vizasız qaydada səfər edə bilirlər. Bundan əlavə, 89 dövlətin vətəndaşları “ASAN Viza” sistemi vasitəsilə elektron viza alaraq ölkəyə gəlir, 11 dövlətin vətəndaşları isə vizanı birbaşa hava limanında rəsmiləşdirə bilirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29- da keçirilən brifinqdə məlumat verib.
Xidmət rəisi qeyd edib ki, son vaxtlar, xüsusilə son iki-üç ay ərzində bir sıra dövlətlərlə birtərəfli qaydada vizasız rejim tətbiq olunub. Bunlara Yaponiya, Oman, Koreya Respublikası, Bosniya və Herseqovina daxildir. Gələcəkdə isə bu dövlətlərin siyahısının daha da genişləndirilməsi mümkündür.
