“YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb - FOTOLAR

A- A A+

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən beşinci “YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən öncə Xanbulan gölünə ekskursiya təşkil olunub.

“Icebreak” və ilkin tanışlıq təlimləri vasitəsilə uşaqlar bir-birlərini daha yaxından tanıyıblar.

Düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Gün ərzində iştirakçılar psixoloqlar ilə maarifləndirici görüşlərdə iştirak ediblər.

Teleaparıcı Ağa Nadirovla keçirilən görüş zamanı uşaqlar televiziya sahəsi və aparıcılıq peşəsi ilə bağlı suallarını ünvanlayıb, onun uğur hekayəsi barədə məlumat əldə ediblər. Görüş çərçivəsində əyləncəli intellektual yarış da gerçəkləşib.

"ABAD" tərəfindən təşkil olunan ustad dərslərində isə uşaqlar yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

“Hovuz saatı” və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinin təşkilinə töhfə verib.

Həftə ərzində iştirakçılar boulinq və “Faceart” tədbirində, oyun parkı fəaliyyətlərində iştirak edərək, asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulub.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Bravo”, "PASHA Sığorta", “Happy Day Cake”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: