Cari ilin ilk 6 ayında Azərbaycana 192 ölkədən 1 milyon 91 min 865 əcnəbi vətəndaşın girişi qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə məlumat verib.
O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkələr üzrə Azərbaycana gələn əcnəbilərin sayında azalma və artım var. Belə ki, Körfəz ölkələrindən və Cənubi Asiya regionundan gələnlərin sayında azalma, türk dövlətlərindən və Avropadan gələnlərin sayında isə artım qeydə alınıb.
