Lerikdə evin pəncərəsindən yıxılan 59 yaşlı kişi ölüb

A- A A+

Lerik rayonunun Livədirqə kəndində ölümlə nəticələnən hadisə baş verib.

NUHÇIXAN-ın məlumatına görə, kənd sakini, 59 yaşlı Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, təxminən 3 metr hündürlükdən həyətdəki çay daşlarının üzərinə yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinənin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: