Festival iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, "Naxçıvan-2019" Beynəlxalq Şahmat Festivalının iştirakçıları günün birinci yarısında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.

Burada qonaqlar Naxçıvanın qədim tarixinə, zəngin mədəniyyət və memarlığına şahid olublar. Milli geyimlər, qədim xalça, məişət əşyaları, qəbirüstü abidələr qonaqların daha çox diqqətini çəkən eksponatlar olub. Şahmatçılara burada nümayiş etdirilən, eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında məlumat verilib.

Kompleksin yaxınlığında yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə tanışlıqdan sonra qonaqlar üçün çay süfrəsi də açılıb.

 

Röyal Kərimov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: