Şərurda arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 31-də Şərur rayon Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı, Şərur rayonu Qarxun kənd sakini Məmiyev Nadir Yunis oğlu həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadir Məmiyev barəsində Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Nadir Məmiyev özü Polis İdarəsinə gələrək öz əməlini etiraf edib, polis əməkdaşları tərəfindən istintaq orqanına təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: