İsrail ordusu HƏMAS-ın silah anbarlarına zərbələr endirib

A- A A+

İsrail hərbçiləri Qəzza zolağına yeni silsilə zərbələr endiriblər.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

Zərbələrin hədəfi HƏMAS hərəkatının bölmələri üçün nəzərdə tutulan silahların saxlanıldığı iddia edilən obyektlər olub.

Ümumilikdə beş anbara hücum edilib. Ordudan verilən məlumata görə, orada "Kalaşnikov" avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatları və digər hərbi ləvazimatlar olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: