"Əcəmi" Nəşriyyatının əməkdaşı Səadət İsmayılovanın yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

Avqustun 1-də Adil Babayev adına Uşaq Kitabxanasında Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşı, müəllif Səadət İsmayılovanın yeni nəşr olunmuş kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarlı müəllifin ərsəyə gətirdiyi əsərlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, təqdim olunan kitablardan biri vətənpərvərlik mövzusuna həsr olunub, digəri isə müasir dövrdə dünyada geniş yayılan xərçəng xəstəliyindən bəhs edir və bu istiqamətdə maarifləndirici məzmun daşıyır.

Təqdimat mərasimində "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin direktoru Pərvin Məmmədov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri Həsənəli Eyvazlı və Elxan Yurdoğlu, əməkdar jurnalist Hüseyn Əsgərli və digər iştirakçılar çıxış edərək müəllifi yeni kitablarının nəşri münasibətilə təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.

Sonda müəllif Səadət İsmayılova tədbir iştirakçılarına təşəkkürünü bildirib, kitabların ərsəyə gəlməsi prosesi barədə fikirlərini bölüşüb. Tədbir qonaqların müəllifin imzalı kitabların alması və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Fariz ƏHMƏDOV

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: