Babək rayonunda minik avtomobili yanıb - FOTOLAR

A- A A+

Babək rayonunun Cəhri qəsəbəsində minik avtomobilində yanğın baş verib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında dərhal Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə nəticəsində avtomobilin salon hissəsi yanıb, nəqliyyat vasitəsinin digər hissələri isə yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: