Xırdalanda ər və arvad bir-birini bıçaqlayıb, ikisi də ölüb

A- A A+

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.

NUHÇIXAN-ın məlumatına görə, ər və arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.

Nəticədə kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: