İki gün əvvəl Buzovnada dənizdə batan gəncin meyiti tapılıb

A- A A+

Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə avqustun 2-də batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti tapılıb.

Bu barədə NUHÇIXAN-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, avqustun 2-də Buzovnada ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfər batıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: