Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların nazirliyə müraciətlərinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.
Bu barədə NUHÇIXAN-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların FHN-ə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim olunması məqsədilə “mygov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb.
Vətəndaşlar “mygov” platformasında "Dövlət qurumlarına rəsmi məktub" bölməsi vasitəsilə FHN-i və ya nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.
Müraciətin nəticəsi üzrə FHN tərəfindən hazırlanmış rəsmi cavab “mygov” platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.
