Tütün əkini davam edir

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında da bu gəlirli sahənin inkişafı üçün mühüm addımlar atılır.

Bu məqsədlə cari ildə də Kəngərli rayonunda tütün bitkisinin əkini davam etdirilir. Rayonda fəaliyyət göstərən Tütün Yetişdirmə Təsərrüfatından verilən məlumata əsasən, əkinlər “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı və fermerlər tərəfindən həyata keçirilir. Tütün şırım üsulu ilə əkilir. İndiyədək Xıncabda 4,1 hektar, Böyükdüzdə 4 hektar, Təzəkənddə 2,2 hektar, Qarabağlarda isə 1,7 hektar sahədə əkin keçirilib, suvarma və becərmə işləri görülüb. Həmin sahələrdə əkin üçün “Virciniya” və “Oriental” tütün sortlarından istifadə olunub.

Hazırda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. Yaxın günlərdə isə Çalxanqala kəndində tütün əkininə başlanılacaq. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır. Bu tədbirlər həmin yaşayış məntəqələri əhalisinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir.

“Yeni həyat”

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: