“Bakı Metropoliteni”ndə Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinə avqustun 15-dən başlanılır

A- A A+

Avqustun 15-dən “Bakı Metropoliteni”ndə Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq.

NUHÇIXAN xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, layihənin icrası ilə əlaqədar metronun “İçərişəhər” – “Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam etdiriləcək və “28 May” stansiyası normal iş rejimində fəaliyyət göstərəcək.

“Bununla yanaşı, metronun “28 May” – “Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq və layihə başa çatanadək həmin hissədə hərəkət yeni sxem üzrə təşkil ediləcək. Bu müddətdə “Dərnəgül” – “Nizami” istiqamətində qatarların hərəkəti təmin olunacaq. Layihənin təxminən 10–11 ay davam etməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra Yaşıl və Qırmızı xətlər tam müstəqil fəaliyyət göstərəcək, sərnişinlər isə xətlər arasında keçid üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından istifadə edəcəklər”, - deyə qurum rəsmisi əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: