Babək qəsəbəsində içməli su və kanalizasiya sistemləri qurulur

A- A A+

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır və əhalinin sağlamlığının qorunmasına xidmət edir. Hər hansı sahə üzrə infrastruktur yaradılarkən ilk növbədə, əhalinin rahat yaşayışının təminatı ön planda saxlanılır, mövcud su mənbələrindən istifadə olunaraq ekoloji cəhətdən təmiz və dayanıqlı, keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan muxtar respublikada son illər içməli su təminatının yaxşılaşdırılması, su təhlükəsizliyinin təmin edilməsi, rayon mərkəzlərində əhalinin  tələbatına uyğun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə görülən işlər bunun bariz nümunəsidir.

2012-ci ildən Babək rayonunda “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində bir çox mühüm tədbirlər həyata keçirilib. Su xətləri yenilənib, iritutumlu su anbarları tikilib, magistral xətlər çəkilib, yeni su və kanalizasiya şəbəkələri qurulub, çirkab sutəmizləyici qurğular yaradılıb, sayğaclaşma işləri aparılıb. Bu sahədə görülən tədbirlərin tərkib hissəsi olaraq  Babək qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin tikintisinə başlanıb. Bu ilin mart-aprel aylarında  qəsəbədə 332 metr içməli su xətti, 210 metr kanalizasiya xətti çəkilib, 89 evə su birləşməsi, 155 evə  kanalizasiya bağlantısı aparılıb.

Xatırladaq ki, bundan əvvəl Babək rayonunun Şıxmahmud-Xəlilli və Şəkərabad kəndlərində də içməli su və kanalizasiya sistemlərinin çəkilişi uğurla başa çatdırılıb. Görülən işlərdə əsas məqsəd insan həyatı və sağlamlığı üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi ilə bağlı problemləri həll etmək ,əhalinin suya olan tələbatını  ödəməkdir.

 

“Şərqin səhəri” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: