Naxçıvanda "VAZ-2107" "KAMAZ"la toqquşub, xəsarət alanlar var

A- A A+

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili "KAMAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Naxçıvan Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlar Əliyev Səlim Elçin oğlu, Vəliyev Elçin Nizami oğlu və Ələsgərov Vüqar Qafar oğludur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: