Ukrayna televiziyasında Naxçıvanla bağlı veriliş yayımlanıb - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi Ukraynanın “Kanal-5” televiziyası Azərbaycanla bağlı hazırladığı verilişin çəkilişlərinin bir hissəsini Naxçıvan Muxtar Respublikasında aparıb.

Artıq “Kanal-5” televiziyası Naxçıvanla bağlı çəkilmiş verilişi efirdə yayımlayıb. Ukrayna dilində yayımlanan verilişdə Naxçıvan şəhərinin tarixi, onun Nuh peyğəmbərin vətəni olması haqqında ukraynalı tamaşaçılara maraqlı məlumatlar verilir. Naxçıvan şəhərinin təmizliyinə və səliqəsinə heyran olan aparıcı taksi xidmətlərinin yüksək səviyyədə olduğunu və qonaqpərvərliyi xüsusi olaraq vurğulayır. Verilişin aparıcısı Nadya Baziv Naxçıvanın ümummilli lider Heydər Əliyevin doğulduğu şəhər olduğunu  vurğulayır, 1990-93-cü illərdə  ulu öndərin burada siyasi fəaliyyəti ilə bağlı məqamlara da toxunur. 

Heydər Əliyev Muzeyində saxlanılan Ümummilli liderimizə məxsus əşyalar və digər eksponatlar haqqında məlumat verilib.

Akademik Zərifə Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbi ilə Ukraynanın İrpen şəhərinin məktəbi arasında dostluq əlaqələri,  görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın bu kənddə doğulduğu tamaşaçıların diqqətinə çatdırılır. Aparıcı verilişdə  ukraynalı xanımlara Naxçıvan kətəsinin necə hazırlanmasını da təqdim etməyi unutmayıb. 

NUHÇIXAN həmin videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: