FHN-in xilasediciləri Naxçıvanda kanalda batma təhlükəsində olan 1 nəfəri xilas ediblər

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfərin Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: