Ordubad internat məktəbində humanitar tibbi aksiya

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadasının üzvləri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil ediblər.

Ambulator müayinələr zamanı İnternat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdlər ümumi cərrahi, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. 3 uşaqda cərrahi müdaxilələrə ehtiyac aşkar olunduğundan onlar müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət ediliblər. 

Humanitar aksiya çərçivəsində alınmış ərzaq məhsulları məktəbin yeməkxanasına, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəb yataqxanasında yaşayan 40 şagird gündəlik istehlak məhsulları ilə, hər iki valideynini itirmiş 6 şagird geyim dəsti ilə təmin edilib. Həkim, müəllim və şagirdlər üçün açılmış çay süfrəsində səhiyyəylə bağlı  maarifləndirici  iş aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: