Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyən edilməsi məqsədilə sınaq imtahanları keçirilir.
Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, imtahanlarda hərbi qulluqçuların ixtisas və fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.
Sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.
