Festival iştirakçıları Əlincəqalanı gəziblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının iştirakçıları muxtar respublikanının tarixi abidələri, mədəniyyət müəssisələrini gəzirlər. Növbəti ekskursiyada şahmatçılar Naxçıvan Dövlət Xalça Muzeyində olub, qonaqlara muzey haqqında məlumat verilib.
Həmin gün qonaqlar Naxçıvan şəhərində yerləşən hədiyyələr mağazasında da olublar. Naxçıvanlı sənətkarların əl işlərinin satıldığı mağazadan müxtəlif əl işləri alıblar. Sonra isə qonaqlar “Cahan” ticarət mərkəzindən alış-veriş ediblər.
Zəka sahiblərinin “Əlincəqala” Tarix Mədəniyyət Muzeyinə səfərləri daha çox yadda qalan olub. Naxçıvanın qədimliyini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvan ərazisində yaşayan qədim insanların istifadə etdikləri məişət əşyaları qonaqların diqqətini çəkib. Şahmatçılar qalanın zirvəsində fotoşəkillər çəkərək sosial şəbəkələrdə öz dostları ilə paylaşıblar.
Röyal Kərimov