Ümummilli lider Heydər Əliyev daim uşaqlara qayğı göstərib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirib, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərib.
Muxtar respublikada da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin “Uşaq və yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında Heydər Əliyev şəxsiyyəti”, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın “Heydər Əliyev və təhsil: zaman kontekstində mövzularındakı çıxışları dinlənilib
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasına baxıblar.
Mədinə Rəhimli