NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) “İqtisadiyyat və marketinq” kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.
Nəsirov Elşən Nurəddin oğlu 29 sentyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində alıb, 1979-cu ildə Bakı Politexnik Texnikumuna qəbul olunub və 1983-cü ildə həmin təhsil müəssisəsini bitirib.
O, əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhərində texnik vəzifəsində başlayıb. Sonrakı illərdə müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışıb.
Elşən Nəsirov 2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetinin Humanitar Elmlər kafedrasında müəllim, 2002–2011-ci illərdə isə Naxçıvan şəhərində fəaliyyət göstərən “İdeal” firmasının direktoru vəzifəsində çalışıb. Sonrakı illərdə müxtəlif müəssisələrdə rəhbər və mütəxəssis kimi fəaliyyətini davam etdirib.
2020-ci ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasında müəllim kimi çalışan Elşən Nəsirov uzun illər ərzində bilik və təcrübəsinin gənc nəslə ötürülməsinə töhfə verib.
Allah rəhmət eləsin!
