Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

A- A A+

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin (ASA) icraçı direktoru Abas Miskərlinin adına saxta “Telegram” kanalı yaradılıb.

ASA-dan NUHÇIXAN-a bildirilib ki, saxta profillərdən yayılan məlumatlar həqiqəti əks etdirmir və assosiasiyanın rəsmi məlumatlarının diqqətə alınması tövsiyə olunur.

“Bildiririk ki, sözügedən “Telegram” kanalı Abas Miskərliyə və Azərbaycan Sığortaçılar Assosiasiyasına məxsus deyil, həmin kanalın fəaliyyəti ilə bağlı hər hansı əlaqə və ya əməkdaşlıq mövcud deyil. Hazırda həmin saxta kanal vasitəsilə icraçı direktorun adından həqiqəti əks etdirməyən, ictimaiyyəti yanlış istiqamətləndirə biləcək müxtəlif məlumatlar paylaşılır. İctimaiyyətin və media nümayəndələrinin diqqətinə çatdırırıq ki, qeyd olunan “Telegram” kanalında yayılan məlumatlara istinad edilməməsi və bu məlumatların rəsmi mövqe kimi qəbul olunmaması xahiş olunur. Abas Miskərli və Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti ilə bağlı rəsmi və etibarlı məlumatlar yalnız assosiasiyanın rəsmi kommunikasiya kanalları vasitəsilə yayımlanır. Saxta hesab və kanalların yaradılması və bu kanallar vasitəsilə ictimaiyyətə yanlış məlumatların ötürülməsi ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq iş aparılır. Media nümayəndələrindən və ictimaiyyətdən yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: