Təhsil müəssisələrində 17 min 575 nəfər müayinədən keçib

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirlik əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılır. Bundan başqa mühüm tədbirlər də həyata keçirilir.  Ötən ay görkəmli­ oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiyası təşkil olunub, “Kompyüterlərin və günəş şüalarının gözə zərərləri və onlardan qorunma üsulları” mövzusunda seminar keçirilib. Tibb elmləri üzrə fəlsəfə doktoru Etibar Bababəylinin “Tibb işçilərinin masaüstü kitabı”nın təqdimatı olub. Bundan başqa Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 70 nəfərdə müayinə, 10 nəfərdə katarakta əməliyyatı aparılıb.

Muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması da diqqətdə saxlanılıb. Həkim və orta tibb işçiləri Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilib, Naxçıvan şəhər səhiyyə müəssisələrində nəzəri və təcrübi biliklərə yiyələniblər. Həmçinin muxtar respublikada praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilib. Növbəti mərhələdə mama, tibb bacıları, laboratoriya işçiləri, sanitar-feldşer  və feldşerlər, əczaçılar, diş texnikləri və ixtisası üzrə işaxtaranlar beş gün ərzində öz bilik  və bacarıqlarını  sınayıblar. 127 orta tibb işçisindən 84-ü uğurlu nəticə əldə edib. Muxtar respublikanın təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi davam etdirilib, 17 min 575 nəfərdə müayinə aparılıb, 1781 nəfər dispanser qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhəri təhsil müəssisəsi işçilərindən 158 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 22 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 5 nəfəri müxtəlif  xəstəxanalara  müalicəyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: