NUHÇIXAN xəbər verir ki, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatı sahəsində sınaq məqsədi ilə qarğıdalı əkini keçirilib. Əkin zamanı “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni texnikalardan istifadə olunub.
Qarğıdalı əkini üçün payızlıq taxıl əkini sahələri seçilib. Əkin keçirilən sahə ötən ilin payızından keyfiyyətlə şumlanıb, şum altına mineral və üzvü gübrələr verilib.
Qeyd edək ki, qarğıdalı iqtisadi baxımdan sərfəli, həm də zəngin qida elementlərinə malik bitkidir. Onun muxtar respublikamızda geniş şəkildə əkilib becərilməsi həm qida sənayesində, həm də heyvandarlıq sahəsində mühüm rol oynayır.
Məhəmməd Fərəcov