Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər - FOTOLAR

A- A A+

Ötən gün Cəlilabad rayonunun Maşlıq, Goranboyun Düzqışlaq, Oğuzun Yaqublu və İsmayıllının Qəzli kəndlərinin ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, araşdırmalar nəticəsində yanğınların həmin rayonların sakinləri - F. Zeynalov, Ə. Əliyev, A. Ağayev və M. Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: