Yeniyetmə və gənclər uzunömürlü ailələr ilə görüşüblər

A- A A+

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə uzunömürlü ailələrin yeniyetmə və gənclərlə görüşü olub.

Dəyirmi masa arxasında keçirilən tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova belə tədbirlərin keçirilməsində məqsədin uzunömürlü ailələrin keçdiyi həyat yolunu, ailənin uzunömürlü olmasının sirlərini yeniyetmə və gənclərə aşılamaq olduğunu bildiriblər.

Qeyd olunub ki, bu gün gənclərin üzərinə düşən əsas vəzifə cəmiyyətin dəyərlər sisteminin, xüsusilə, əxlaqi dəyərlər sisteminin qorunmasına ciddi fikir vermək, ailənin möhkəmliyini təmin edən dəyərlərin yayılmasını təbliğ etməkdir. Cəmiyyətimiz öz layiqli, sosial mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, güclü ailələrin formalaşmasında maraqlıdır. Muxtar respublikada yaşayan ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Hər il uzunömürlü ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, onlara hədiyyələr verilir. Təsadüfi deyil ki, bu gün muxtar respublikamızda evliliklərinin 50, 60, 65 ili tamam olan ailələr çoxdur.
Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov dövlətimizin gənclərə göstərdiyi qayğıdan danışıb. “Bu şəraitdən bütün gənclərimiz səmərəli istifadə etməli, yüksək səviyyədə yararlanmalı, min illərdən bəri süzülüb gələn milli dəyərlərimizi, adət-ənənələrimizi öyrənməli, ailə dəyərlərimizi dərindən mənimsəməli və gələcək ailələrində tətbiq etməlidirlər”, - deyə öz tövsiyyələrini verib.

Sonra uzunömürlü ailələrin üzvləri Məmməd Əliyev və Allahverdi Məmmədov yeniyetmə və gənclərlə ailənin bütövlüyünün qorunması ilə bağlı söhbətlər ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: