Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Kültəpə və Kərimbəyli kəndlərində sakinlərlə görüşüb - FOTOLAR

A- A A+

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva avqustun 13-də Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərində sakinlərlə növbəti görüşlər keçirib.

Görüşlərdə Kültəpə ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Cümşüd Novruzov da iştirak edib.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Müraciətlər əsasən ünvanlı sosial yardımın göstərilməsi, məşğulluğun təmin olunması, işsizliklə bağlı çətinliklərin aradan qaldırılması, kənddə su probleminin həlli və digər sosial məsələlərlə bağlı olub.

Sakinlər tərəfindən qaldırılan məsələlər “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınıb. Müraciətlərin həlli istiqamətində müvafiq məlumatlar hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilib. Vətəndaşlara müraciətlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.

Görüşlər zamanı, həmçinin avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri, səfər çərçivəsində diqqətə çatdırılan məsələlər və regionda qarşıdakı dövrdə həyata keçiriləcək dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.

Kültəpə və Kərimbəyli kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: