Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimləri çərçivəsində üçüncü təlim yekunlaşıb.
Naxçıvan şəhər və Kəngərli rayonundan olan qadınlar üçün keçirilən iki günlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması və digər bu kimi məsələlərlə bağlı slayd vasitəsilə geniş məlumatlar verilib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Təlimin ikinci günü isə təlimdə iştirak edən 50 təlim iştirakçısına sertfikat və hədiyyələr təqdim edilib.
Növbəti təlimin Culfa rayonunda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən təlim Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir. BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı genişmiqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində reallaşdırılır.