Bəzi xarici ölkələrdən bitki yağı məhsullarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub

A- A A+

Azərbaycana gətirilən bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: