Nardaranda ayağı su nasosunda qalan azyaşlı ölüb.
Bu barədə NUHÇIXAN-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü A.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
