Gömrük orqanları tərəfindən saxlanılmış mallar hərbi hissələrə təhvil verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, gömrük qanunvericiliyinin tələblərinin pozulması ilə gətirilməsinə cəhd göstərilən və müvafiq müşaiyətedici sənədləri olmadığından saxlanılan mallar aidiyyatı qurumlara təhvil verilib.

Belə ki, may ayının 7-də “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib. Gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış 1600 kq yuyucu toz, 400 kq ərp əlehinə təmizləyici, 140 kq əl sabunu və ümumi çəkisi 100 kq olan digər təmizlik vasitələri, o cümlədən 150 litr zeytun yağı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Ordusuna təhvil verilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar isə 1100 kq yuyucu toz, 280 kq ərp əlehinə təmizləyici, 80 kq əl sabunu və ümumi çəkisi 75 kq olan digər təmizlik vasitələri, həmçinin 100 litr zeytun yağından  ibarət olub.

Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: