Növbəti bir qrup həmkarlar ittifaqı üzvünün Ağbulaqda istirahəti təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, avqustun 15-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə növbəti bir qrup həmkarlar ittifaqı üzvünün Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
“Yay düşərgəsi” layihəsi çərçivəsində təşkil olunan səfər zamanı iştirakçıların asudə vaxtının səmərəli və mənalı təşkili üçün zəngin proqram hazırlanıb. İki gün ərzində ittifaq üzvləri üçün intellektual bilik yarışları, canlı musiqi proqramı və müxtəlif əyləncəli oyunlar keçirilib. Həmçinin istirahət edənlər gündə üç dəfə qidalanma ilə təmin olunublar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən həyata keçirilən “Yay düşərgəsi” layihəsində ittifaq üzvləri həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində yaddaqalan, mənalı keçirə bilərlər.