Əcnəbi tələbələrin iştirakı ilə tədbir təşkil olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə əcnəbi tələbələr üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinə dair tədbir keçirilib.

Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov ölkəmizdə uğurla həyata keçirilən təhsil siyasətinin tədrisin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin pedaqoji ustalığının artmasına və tələbələrin mükəmməl təhsil almasına imkan verdiyini diqqətə çatdırıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf nəticəsində muxtar respublikaya miqrasiya axınının ilbəil artdığını qeyd edib. Vurğulanıb ki, belə tədbirlərin təşkili həm əcnəbi tələbələrin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, həm də Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğinə xidmət edir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması və yaşaması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunulub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tələbələr slaydlarla miqrasiya sahəsində qanunvericiliyin pozulması halları, habelə buna görə yaranan məsuliyyətlər barədə geniş məlumatlandırılıblar. 

Xarici tələbələr Dövlət Miqrasiya Xidmətinin onlar üçün yaratdığı şəraitdən danışıb, təşkil olunan maarifləndirmə tədbirlərinə və sənədləşdirmə işlərində göstərdikləri xidmətə görə minnətdarlıqlarını bildiriblər.

Diskussiya şəklində davam edən tədbirdə əcnəbi tələbələrə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib. Tələbələrə Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə məqsədilə hazırladığı bukletlər paylanılıb. Sonra Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq olub.

Həmçinin əcnəbi tələbələrin Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil edilib. Mərkəzdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mini-futbol yarışı da keçirilib.

Sonda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb və xatirə şəkli çəkdirilib.

                                                                                 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: