Ali təhsil ocağında faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd olunub

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Pedaqoji fakültədə faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Saleh Məhərrəmov Azərbaycan xalqının  faşizm üzərində tarixi  qələbəyə mühüm töhfələr verdiyini qeyd edərək Ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 Mayın ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirildiyini, dövlət bayramları sırasına daxil edildiyini, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirildiyini bildirib.

Sonrakı çıxışlarda II Dünya  müharibəsində qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rol oynadığı, akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında Azərbaycanın kimyaçı alimlərinin qələbəyə böyük töhfə  verdikləri diqqətə çatdırılıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Müharibədə qəhrəmancasına döyüşən naxçıvanlılar da qələbənin qazanılmasına öz töhfələrini veriblər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunub.

Həmçinin fakültənin tədbirlərində fəal iştirak edən və müxtəlif yazı müsabiqələrində,  idman yarışlarında uğur qazanan bir qrup tələbəyə Universitetin Fəxri Fərmanı və sertifikatı təqdim edilib.

Sonda Universitet Televiziyasının Qələbə gününə həsr etdiyi videoçarx nümayiş olunub.

                                                                   Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: