Miniatür kitabların sərgisi açılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda miniatür kitablardan ibarət sərgi açılıb. Sərginin açılışında İnstitutun rektoru Elbrus İsayev bildirib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kitabxanalara, kitab nəşrinə göstərdiyi diqqət və qayğı muxtar respublikada da  miniatür kitab nəşrlərinin sayının artmasına səbəb olub. Vurğulanıb ki, muxtar respublikada çap edilən və oxunması zəruri olan kitabların siyahısına daxil edilən Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: Şair-diplomat” və “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” miniatür kitabları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bunlardan başqa, bir neçə miniatür  kitab hazırlanaraq nəşr edilib.

 Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, institutun müəllimləri Akif İmanlının və Ruhəngiz Əliyevanın çıxışları dinlənilib.

Sonra sərgiyə baxış olub. Sərgidə nümayiş etdirilən 117 kitab arasında ümummilli lider Heydər Əliyev, Azərbaycan tarixi, Azərbaycan, eləcə də dünya şair və yazıçılarının əsərləri ilə bağlı miniatür kitablar yer alıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: