DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

A- A A+

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Bu barədə NUHÇIXAN-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Sonra görkəmli оftalmоlоq alim, akadеmik Zərifə xanım Əliyеvanın xatirəsi еhtiramla anılıb.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: