Ordubadda humanitar tibbi aksiyaya start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə Ordubadda dörd günlük humanitar tibbi aksiyaya start verib. Bu məqsədlə Klinik Xəstəxanasının 28 yüksəkixtisaslı həkim və orta tibb işçiləri Ordubad Rayon Mərkəzi Xəstəxanasında olublar. Briqadaya həkim cərrah, mama–ginekoloq, kardioloq, otolarinqoloq, nevropatoloq, uroloq, nefroloq, endokrinoloq və başqa həkimlər daxil edilib. Aksiyanın ilk günü 337 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən vətəndaşların tibbi xidmətlə təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət    göstərib.

Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.

Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: