“Naxçıvan” Universitetində konfrans olub

A- A A+

“Naxçıvan” Universitetindən  NUHÇIXAN-a verilən məlumata görə, ali məktəbdə  2018-2019-cu tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş  elmi-tədqiqat işlərinin yekununa həsr olunan  konfrans  keçirilib.

Konfransda universitetin rektoru, professor İsmayıl Əliyev hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə fəal olmağa çağırıb. Tələbə Elmi Cəmiyyətinin tələbələrin universitetdə aparılan elmi-tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğu vurğulanıb. Məqsəd isə elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, elmi-tədqiqat işlərinin aparılmasında onlara kömək etmək və istiqamətləndirməkdir.

Bildirilib ki, 2018-2019-cu tədris ilində Universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə 137  elmi-tədqiqat işi yerinə yetirib.

Konfransda  həmçinin tələbələrin müxtəlif mövzularda hazırladıqları elmi-tədqiqat işləri təqdim olunub.

Sonra konfrans işini on bölmə üzrə davam etdirib. Tələbələr müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə elmi məqalələrin bütün detallarını, cədvəlləri, şəkilləri, diaqramları əyani şəkildə konfrans iştirakçılarına çatdırıblar. Sonra tələbələrin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: