Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb.
NUHÇIXAN xəbər verir ki, Diryan kənd sakini 1965-ci il təvəllüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb.
Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
