Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyininmətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Nazirliyin Paralimpiya Federasiyası ilə birgə təşkil etdiyi futzal birinciliyində 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.
Yarışdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Paralimpiya Federasiyasının sədri Nicat Babayev bildiriblər ki, məhdud fiziki imkanlı uşaqların idmana cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın rayonlarında bölmələr fəaliyyətə başlayıb. Yaradılan hərtərəfli şərait, göstərilən qayğı paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda uğurla çıxış etmələrinə zəmin yaradıb.
Sonra yarış başlayıb. Gərgin idman mübarizəsi ilə keçən turnirin yekun nəticəsinə görə final görüşündə “Naxçıvan” komandasını 7:2 hesabı ilə məğlub edən “Şahbuz” komandası birinciliyin qalibi olub. “Sədərək” komandası isə üçüncülüklə kifayətlənib. Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. “Şahbuz” komandasına isə turnirin kuboku təqdim olunub.