Cəhri kəndində tütün əkininə başlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Cəhri kəndində tütün əkininə başlanılıb. Artıq 1,5 hektar sahədə tütün şitilləri basdırılıb.  Ərazidə yüksək məhsuldarlığı ilə seçilən “İzmir” sortu əkilir. Əkin işləri mexaniki üsulla həyata keçirilir. Kənddə tütün əkinlərinin həyata keçirilməsi əhalinin məşğulluğunu da  təmin edir. 25 nəfər  kənd sakini artıq mövsümi işlə təmin olunub. Gələcəkdə kənd ərazisində 15 hektar sahədə tütün əkininin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa kənddə fermerlərin rahatlığı üçün  tütün qəbulu məntəqəsi də yaradılır. Hazırda məntəqədə tikinti işləri görülür, qurutma yolları hazırlanır. Toplanacaq tütünün burada qurudulub,  qablaşdırılacağı nəzərdə tutulur.

Ötən il Babək rayonu ərazisində 3,6 hektar sahədə tütün əkini həyata keçirilib, yüksək məhsul əldə olunub. Fermerlərin marağı sayəsində bu il rayonda tütün əkiləcək sahələr 24 hektara çatdırılıb.

Qeyd edək ki, bir neçə ildir Naxçıvan Muxtar Respublikasında tütünçülüyün inkişafı üçün mühüm işlər görülür. “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il  41,5 hektar sahədə əkin aparılıb, 51 ton quru tütün istehsal olunub. Bu il isə əkiləcək ümumi  sahələr 100 hektara çatdırılacaq. Hazırda muxtar respublikaya tütün toxumu Türkiyədən gətirilir. Bu ildən başlayaraq  əkilən tütündən toxum da əldə olunacaq.

                                                                         Turab Hacızadə 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: