Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Komitə tərəfindən silsilə tədbirlər həyata keçirilir. Növbəti dəfə Şərur rayonunun İbadulla kəndində yaşayan aztəminatlı və I qrup sağlamlıq imkanı məhdud Məmmədovlar ailəsinə baş çəkilib. Məmmədovların yaşayış şəraiti ilə tanışlıqdan sonra ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, ərzaq payı, uşaqlarının ehtiyaclarına uyğun geyim verilib.
Ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, görüş Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.