Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
NUHÇIXAN-ın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb.
Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi "KIA Sorento" markalı minik avtomobil Şəmkir rayonunun Mahmudlu kənd sakini 1981-ci il təvəllüdlü Əli Aslanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.
Nəticədə 6 nəfər ölüb, 6 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
