Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub

A- A A+

Avqustun 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

NUHÇIXAN-ın məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsin suda boğulmadığını, avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyini müəyyən edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: